Xorvatiya millisində sərt qərar: Hücumçu komandadan qovuldu

DÇ-2018-ə qələbə ilə başlayan Xorvatiya millisində ara qarışıb.

 

Sportal.az xəbər verir ki, Nikola Kaliniç heyətdən kənarlaşdırılıb. Buna səbəb onun Nigeriya ilə oyunda (2:0) meydana daxil olmaq istəməməsidir. Matçın sonuna 5 dəqiqə qalmış baş məşqçi Zlatko Daliç Mario Mandjkuiçi Kaliniçlə əvəz etmək istəyib. Lakin 30 yaşlı hücumçu kürəyində ağrı olduğunu əsas gətirərək, meydana daxil olmaqdan imtina edib. Buna görə də, Mandjukiçin əvəzinə meydana Marko Pyatsa daxil olub.

 

Zlatko Daliç bu gün mətbuat konfransında açıqlamasında Kaliniçi yığmadan qovduğunu deyib. O, millidə pis atmosfer yaranmaması üçün belə addım atığını deyib.

Tarix: 19 İyun [01:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 İyul 2018
21  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio