"Real" Ukrayna millisinin üzvünü transfer edir

"Real" sürpriz transferə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, Madrid klubu Ukraynanın "Zarya" klubunun qapıçısı Andrey Lunini transfer etmək üzrədir. Ukrayna və İspaniya mətbuatında yayılan məlumatlara görə, "kral klubu"nun 13,5 milyon avroluq təklifi qəbul edilib. Əgər danışıqlarda digər detallar müsbət yekunlaşsa, "Real" 19 yaşlı əlcək sahibini növbəti mövsüm üçün icarəyə verəcək.

 

Qeyd edək ki, Lunin bu il Ukrayna yığmasında debüt edib. Gənc qapıçı ötən mövsüm 36 oyundan sonra qapısında 54 qol görüb, 10 matçda qapısını toxunulmaz saxlayıb.

Tarix: 20 İyun [13:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 İyul 2018
21  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio