Ronaldo ən yaxşı seçildi

18:40 - 20 İyun 2018

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən Portuqaliya – Mərakeş matçının ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo seçilib. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, Portuqaliya yığması bu oyunda 1:0 hesabıyla qalib gəlib. Komandasına qələbəni matçda vurulmuş yeganə qolun müəllifi Ronaldo qazandırıb.

 

Xatırladaq ki, Madrid “Real”ının ulduz futbolçusu ilk turda İspaniya ilə 3:3 hesabıyla bitən qarşılaşmada da matçın ən yaxşısı seçilmişdi.

Xəbər xətti