Qollar VAR, qələbə qazanan yox VİDEO

18:05 - 21 İyun 2018

DÇ-2018-in C qrupunda ikinci tura start verilib.

 

Sportal.az xəbər verir ki, Danimarka Avstraliya ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Hesab danimarkalılar açsa da, üstünlüyü qoruya bilməyiblər. Yaşıl qitə təmsilçiləri penalti qolu ilə hesabı bərabərləşdirib. Video hakim texnologiyasının qərarından sonra Yedinak status-kvonu bərpa edib.

 

Qrupda Danimarkanın 4, Avstraliyanın 1 xalı var. Günün digər görüşündə 3 xalı olan Fransa son pillədə xalsız olan Perunu sınağa çəkəcək.

 

Danimarka  - Avstraliya - 1:1

Qollar: Kristian Eriksen, 7 - Mayl Yedinak, 39 (pen.)

 

 

Xəbər xətti