"Zenit"in futbolçusu "Qəbələ"nin düşərgəsində

14:46 - 24 İyun 2018

Sloveniyada yeni mövsüm hazırlıqlarını davam etdirən “Qəbələ”nin düşərgəsinə yeni oyunçu qoşulub.

 

Sportal.az xəbər verir ki, “Zenit”in yarımmüdafiəçisi Aleksey İsayev komanda ilə birlikdə məşq edir.

 

Ötən mövsümü icarə əsasında “Yenisey”də keçirmiş futbolçu 22 oyunda meydana çıxıb və 2 qola imza atıb. Futbolçu özünü yaxşı tərəfdən göstərə bilsə, "Qəbələ" onunla müqavilə imzalayacaq. 

 

Qeyd edək ki, 22 yaşlı futbolçu yarımmüdafiənin mərkəzində çıxış edir. 

Xəbər xətti