"Qalatasaray"dan rəsmi transfer

20:44 - 28 İyun 2018

Son Türkiyə çempionu "Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Akhisar Bələdiyəspor"dan ayrılan Muğdat Çeliki transfer edib. 28 yaşlı yarımmüdafiəçi ilə 1+2 illik rəsmi müqavilə imzalanıb. Təcrübəli futbolçu "cim bom"da 2 milyon TL maaş alacaq.

 

Qeyd edək ki, Muğdat 2016-cı ildən "Akhisar Bələdiyəspor"da çıxış edirdi. O, Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 55 qarşılaşmada 5 qol vurub.

Xəbər xətti