"Qarabağ" İtaliyada daha bir qapıçıya təklif göndərdi

17:53 - 30 İyun 2018

İbrahim Şehiç və Anton Kanibolotski ilə yolları ayıran "Qarabağ" qapıçı axtarışlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi İtaliya B Seriyasında çıxış edən "Verona"nın qapıçısı Nikolya Andradeyə təklif göndərib. Braziliyalı qapıçı ilə ilkin danışıqlar baş tutub. İtaliya mətbuatının məlumatına görə, hazırda danışıqlar davam etdirirlir. Əgər tərəflər razılığa gəlsə, 30 yaşlı qapıçının transferi baş tutacaq.

 

Qeyd edək ki, Nikolya Andradenin "Verona" ilə 2020-ci ilə qədər müqaviləsi var. O, 2010-cu ildən bu komandada çıxış edir.

 

"Qarabağ" daha öncə "Peskara"nın qolkiperi Vinçenzo Fiorilloya təklif göndərsə də, müsbət cavab almamışdı.

Xəbər xətti