Super Liqa klubunun baş məşqçisi millimizin üzvünü bəyəndi

13:57 - 2 İyul 2018

U-21 millimizin üzvü Ozancan Kökcü "Bursaspor"la yeni mövsümün hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Hollandiyanın "Valveyk" klubundan icarədən dönən yarımmüdafiəçi məşqlərdə yeni baş məşqçi Samet Aybabanın diqqətini çəkib. Məşhur türkiyəli mütəxəss Kökcü ilə yanaşı, Çağatay Yılmaz, Əmirhan Aydoğan və Furkan Əmrə Ünvərin də performansından razı qalıb. 63 yaşlı baş məşqçi yeni mövsümdə bu futbolçulardan çox şey gözlədiyini qeyd edib.

 

Qeyd edək ki, Ozancan Kökcü ötən il "Feyenoord"dan "Bursaspor"a keçmişdi.

Xəbər xətti