Əliyar Ağayev millinin üzvlərinə seminar keçdi FOTOLAR

FİFA referisi Əliyar Ağayev Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvlərinə seminar keçib.

 

Sportal.az xəbər verir ki, referi yığmanın üzvlərinə oyun qaydaları haqda məlumat verib, futbolçuların suallarını cavablandırıb. Sonda Ağayevə milli komandanın forması hədiyyə edilib.

 

Qeyd edək ki, iyunun 20-dən Bakıda təlim-məşq toplanışında olan U-17 İranın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. Komandalar iyulun 7-də “Dalğa Arena”da, iyulun 10-da isə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. Hər iki oyun saat 20:00-da başlayacaq.

 

Tarix: 3 İyul [17:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Noyabr 2018
13  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio