Quti "Beşiktaş"da

17:57 - 4 İyul 2018

Madrid "Real"ının U-19 komandasını çalışdıran Quti Hernandes iş yerini dəyişib.

 

Sportal.az xəbər verir ki, Quti "Beşiktaş"da çalışacaq. 41 yaşlı mütəxəssis əsas komandanın baş məşqçisi Şenol Günəşin köməkçisi olacaq. İspaniya millisinin keçmiş üzvü iki illik müqavil imzalayıb. Qutinin illik məvacibi 350 min avro olacaq. Mütəxəssis sosial şəbəkə hesabında bununla bağlı rəsmi məlumat yayıb:

 

"Real"a təşəkkür edirəm. Bir neçə günə "Beşiktaş"da köməkçi məşqçi olacam. Mənə qarşı sevgi və inamlarına görə minnətdaram".

 

"Real"ın əfsanəsi 2010-cu ildə "Beşiktaş"a keçmişdi və futbolçu karyerasına bu klubda son qoymuşdu.

Xəbər xətti