Millimizin planında dəyişiklik edildi

18:50 - 8 İyul 2018

19 yaşadək futbolçulardan ibarət milli komandamız (U-19) iyulun 5-dən Bakıda təlim-məşq toplanışına başlayıb.

 

Sportal.az xəbər verir ki, toplanış çərçivəsində millimizin “Keşlə” (əvəzedici), “Qəbələ” (əvəzedici), MOİK və “Şüvəlan”la yoxlama oyunları nəzərdə tutulub.

 

“Keşlə” (əvəzedici) ilə nəzərdə tutulan oyunun vaxtında dəyişiklik edilib. Vüqar Məmmədin baş məşqçisi olduğu U-19 “Keşlə” (əvəzedici) ilə iyulun 15-i yox, 14-ü üz-üzə gələcək. Oyun saat 18.30-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında reallaşacaq.

 

Məlumat üçün bildirək ki, 19 yaşlılarımız 18 və 21 iyulda “Qəbələ” (əvəzedici), iyulun 24-də MOİK, 27 iyulda isə “Şüvəlan”la yoxlama oyunları keçirəcək.

Xəbər xətti