Millimizin üzvü İspaniya klubuna transfer oldu

17:59 - 13 İyul 2018

Futzal üzrə Azərbaycan millisinin üzvü Oliveyra Vilyams De Nasçimento “Vassura” karyerasını İspaniyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, hücumçu Birləşmiş Ərəb Əmirliyinin “Al Dəfra” klubu ilə müqaviləsini yeniləməyib. 33 yaşlı oyunçu Saraqosanın “Rios Renovables” komandası ilə anlaşıb. Onun təqdimat mərasimi avqustun 21-də olacaq. 

 

Qeyd edək ki, Vassoura DÇ-2016 və AÇ-2018-in oyunlarında Azərbaycan yığmasının formasını geyinib.

Xəbər xətti