Sarri rəsmən "Çelsi"də

12:50 - 14 İyul 2018

"Napoli"dən ayrılan Mauritsio Sarrinin yeni iş yeri rəsmən bəlli oldu.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssisin "Çelsi"yə keçidi rəsmiləşib. 59 yaşlı çalışdırıcı ilə 3 illik müqavilə imzalanıb. Sarrinin illik əmək haqqı 6 milyon avro olacaq.

 

Qeyd edək ki, "Çelsi"nin əfsanəvi futbolçusu olmuş Canfranko Zola Sarrinin köməkçisi olacaq.

Xəbər xətti