"Çelsi" yeni transferini açıqladı

16:10 - 14 İyul 2018

İngiltərənin "Çelsi" klubu "Napoli"nin futbolçusu Jorjinyonu transfer edib.

 

Sportal.az xəbər verir ki, İtaliya millisinin üzvü "zadəganlar"la 5 illik müqavilə bağlayıb. Bu transfer London təmsilçisinə 57 milyon avroya başa gəlib.

 

Qeyd edək ki, Braziliya əsilli 26 yaşlı italiyalı futbolçu 2014-cü ildən "Napoli"də çıxış edirdi.

Xəbər xətti