Qriqorçuk Almeydanı heyətə daxil etdi

Azərbaycan millisinin futbolçusu Riçard Almeyda yeni klubu “Astana”da debüt etməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, “Qarabağ”ın sabiq üzvü ilk dəfə Qazaxıstan təmsilçisinin heyətinə salınıb. Çempionlar Liqasının I təsnifat mərhələsində “Sutyeska” ilə qarşılaşacaq “Astana” Monteneqroya 22 oyunçu ilə yollanıb. Baş məşqçi Roman Qriqorçuk 22 futbolçunu iştirak ərizəsinə salıb ki, onlardan biri də Almeydadı. Ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirən Pedro Enrike isə avrokuboklarda iştirak üçün yeni komandasının növbəti mərhələyə adlamasına ümid etməlidi.

 

Qeyd edək ki, “Sutyeska” – “Astana” matçı iyulun 18-də keçiriləcək. Qazaxıstandakı ilk görüşdə ev sahibləri 1:0 hesablı qələbə qazanıb.

Tarix: 16 İyul [11:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2018
13  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio