"Sabah" Türkiyə toplanışına start verdi

18:19 - 17 İyul 2018

Mövsümlərarası hazırlıq dövrünün 3-cü hissəsini Türkiyədə keçirəcək “Sabah” Futbol Klubu dünən qardaş ölkəyə yola düşüb.

 

Sportal.az xəbər verir ki, günorta saatlarında təlim-məşq toplanışının baş tutacağı Bolu şəhərinə çatan komanda, “Vonresort Abant” otelində məskunlaşıb. “Sabah” axşam saatlarında ilk məşqinə çıxıb.

 

Xatırladaq ki, Türkiyə toplanışı iyulun 29-dək davam edəcək. Hazırlıq müddətində 4 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Komandamız iyulun 18-də Türkiyə birinci liqa təmsilçisi “Giresunspor”, iyulun 28-də isə qardaş ölkənin Super Liqa klubu “Alanyaspor”la qarşılaşacaq. Digər 2 rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.

Xəbər xətti