Riçard Almeyda "Astana"da debüt etdi

01:40 - 19 İyul 2018

Qazaxıstanın “Astana” klubu UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yüksəlib.

 

Sportal.az xəbər verir ki, "Astana" ilk matçda 1:0 hesabı ilə məğlub etdiyi Monteneqronun “Sutyeska” klubuna səfərdə də qalib gəlib - 2:0. Bu qələbə ilə də "Astana" II təsnifat mərhələsinə yüksəlib.

 

"Qarabağ"dan ayrılaraq, "Astana"ya üz tutan Riçard Almeyda görüşün iştirakçısı olub. "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk millimizin üzvünü 81-ci dəqiqədə meydana buraxıb. Bu, Almeydanın debüt matçı olub.

 

“Astana” növbəti mərhələdə Danimarkanın “Mitdyulland” komandası ilə qarşılaşacaq.

Xəbər xətti