"Zirə" Türkiyə klubu ilə heç-heçə etdi

19:06 - 23 İyul 2018

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun komandası yerli "Giresunspor"la qarşılaşıb. Bakı vaxtı ilə saat 17:00-da başlayan və "Fənərbaxça"nın Topuk yaylasında yerləşən bazasının meydançasında oynanılan qarşılaşmada hesab açılmayıb.

 

Qeyd edək ki, "Zirə" bundan əvvəl keçirdiyi yoxlama oyununda Qətərin "Əl-Xaritiyah" klubu ilə də bərabərə qalmışdı - 1:1.

Xəbər xətti