"Neftçi" 2 itki ilə məşq etdi

10:34 - 24 İyul 2018

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Macarıstanın “Uypeşt” klubu ilə cavab oyunundan sonra üç günlük fasiləyə buraxılan “Neftçi”nin üzvləri bu gün hazırlığı bərpa ediblər.

 

Sportal.az xəbər verir ki, komanda öz bazasında axşam məşqinə çıxıb. Məşqdə zədəli Namiq Ələsgərov və Ruslan Abışovdan başqa bütün futbolçular iştirak ediblər. 
 
Hazırlıq iyulun bu gün də iki məşqlə davam edəcək.

Xəbər xətti