"Kukesi" - "Qarabağ" matçını yayımlayacaq kanal

19:20 - 25 İyul 2018

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Kukesi” klubu ilə üz-üzə gələcək “Qarabağ” ilk oyununu bu gün səfərdə keçirəcək.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın Azərbaycan telekanallarından yayımı "Qarabağ" klubu tərəfindən həllini tapıb. Oyun CBC Sport-dan canlı yayımlanacaq.

 

Sözügedən oyun Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Xəbər xətti