Şok iddia: Maradona İkardinin xanımı ilə eşq həyatı yaşayır

18:21 - 26 İyul 2018

İtaliyanın "İnter" klubunun ulduz futbolçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona ilə sevgili olması ilə bağlı məlumat yayılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb. Xəbərdə yer alan məlumata görə, Maradona ilə Vanda Nara otellərin birində görünüblər.

 

Argentinalı modelin 12 il öncə də Maradona ilə sevgili olması ilə bağlı xəbərlər yayılmışdı.

 

Qeyd edək ki, Vanda Nara Argentina millisinin keçmiş üzvü Maksi Lopesin həyat yoldaşı olub. Nara Lopeslə evli ola-ola Mauro İkardi ilə eşq həyatı yaşayıb. Nara Lopesdən ayrılaraq, İkardi ilə ailə həyatı qurmuşduş

Xəbər xətti