Şeydayev oynadı, "Trabzonspor" 3 qolla qalib gəldi

10:49 - 30 İyul 2018

Millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Trabzonspor” növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Qara dəniz təmsilçisi Türkiyə I Liqasında çıxış edən "Samsunspor" klubu ilə görüşüb. Matç "Trabzonspor"un 3:0 hesablı qələbəsiylə yekunlaşıb.

 

Ramil Şeydayev 45-ci dəqiqədə Uqo Rodalleqanın yerinə meydana daxil olub və 87-ci dəqiqədə əvəzlənib. Oyunda vurulan hər üç qol ikinci hissədə qeydə alınıb.

Xəbər xətti