"Liverpul" "Beşiktaş"ın futbolçusunu transfer edəcək?

11:03 - 30 İyul 2018

"Liverpul"un baş məşqçisi Yurgen Klopp adı komandası ilə hallanan "Beşiktaş"ın müdafiəçisi Domaqoy Vida ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, bu mövsüm transferlərə 200 milyon avroya yaxın pul xərcləyən mersisaydlılar xorvatiyalı futbolçunu heyətdə düşünmür. Almaniyalı mütəxəssis müdafiəçi transferi etməyəcəklərini söyləyib:

 

"Transfer dönəmi bizim üçün başa çatıb. Müdafiəçi transferinə ehtiyacımız yoxdur. Ancaq transfer dönəminə 10 gün var və indi transfer etməyəcəyimizi deyirəm, amma sabah soruşsaz, fərqli şeylər söyləyəcəm".

 

Qeyd edək ki, "Liverpul" Fabinyo, Alisson Beker, Nəbi Keyta, Xerdan Şakiri kimi futbolçuları transfer edib.

Xəbər xətti