"Neftçi"də yeni müqavilə

"Neftçi” daha bir futbolçu ilə yeni müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, Mirabdulla Abbasovla müqavilənin müddəti 2019/2020 mövsümünün sonunadək artırılıb. Ötən mövsüm 30 oyunda 6 qol vuran 23 yaşlı hücumçunun bundan əvvəlki müqaviləsinin müddəti 2018/2019 mövsümünün sonuna kimi idi.  

 

Qeyd edək ki, "Neftçi" bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəhman Hacıyev, Anton Krivotsyuk, Soni Mustivar və Namiq Ələskərovla müqavilə yeniləyib.

Tarix: 2 Avqust [18:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Yanvar 2019
23  Yanvar 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio