Samuel Eto klubsuz qaldı

00:11 - 4 Avqust 2018

Kamerunlu hücumçu Samuel Eto Türkiyənin "Konyaspor" klubundan ayrılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 37 yaşlı hücumçu ilə 2020-ci ildə başa çatacaq müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub. Eto Super Liqa klubundan 1 milyon avro təzminat alacaq.

 

Qeyd edək ki, Eto ötən mövsümün qış fasiləsində "Antalyaspor"dan ayrılaraq, "Konyaspor"a keçmişdi.

Xəbər xətti