"Real"ın futbolçusu "Çelsi" yolunda

16:56 - 7 Avqust 2018

"Çelsi" "Real"ın yarımmüdafiəçisi Mateo Kovaçiçi icarəyə götürməyə yaxındır.

 

Sportal.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. London klubu Madrid təmsilçisindən 24 yaşlı futbolçunu 1 illik icarə əsasında heyətinə qatacaq. Keçidin gün ərzində açıqlanacağı gözlənilir.

 

Qeyd edək ki, Xorvatiya millisinin üzvü “Real”a 2015-ci ildə “İnter”dən 29 milyon avroya transfer edilmişdi.

Xəbər xətti