Millimizin üzvü yeni klubundan danışdı: "Yaxşı mühit var"

14:20 - 8 Avqust 2018

Azərbaycan millisinin üzvü Ufuk Budak Türkiyənin birinci liqa klubu "Boluspor"la müqavilə bağlayıb.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi iki illik anlaşmaya imza atıb. Sol cinah müdafiəçisi keçidi ilə bağlı bunları söyləyib: "Bu transferdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Bir həftəyə yaxındır buradayam. Çox dinamik və istəkli bir komanda gördüm. Burada çox yaxşı dostluq mühiti var. Bu həftə liqaya yaxşı başlayıb, məqsədimizə nail olmaq istəyirik”.

 

Ötən mövsüm "Samsunspor”da forma geyinən Ufuk Budak, karyerası ərzində Almaniyanın "SSV Ulm 1846", "Frayburq" (II komanda), Türkiyənin "Əskişəhərspor", "Manisaspor”, "Kayserispor” və "Qaziantep BB” klublarında çıxış edib..

Xəbər xətti