"Sumqayıt"ın stadionunda təmir işləri davam edir

18:39 - 10 Avqust 2018

“Sumqayıt”ın ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”da təmir işləri davam edir.

 

Sportal.az xəbər verir ki, əsas meydançanın suvarma sistemi tam hazır vəziyyətə gətirilib. Yaxın günlərdə arenaya qum səpilməsinə start veriləcək.

 

Arxa hissədə nəzərdə tutulan təbii örtüklü stadionda da eyni proseslər yerinə yetiriləcək.

 

Süni örtüklü yardımçı meydançanın isə asfalt qatı döşənilib, suvarma sistemi quraşdırılıb.

Xəbər xətti