"Qəbələ" "Səbail"ə, "Sabah" "Keşlə"yə qalib gəldi YENİLƏNİB

22:58 - 12 Avqust 2018

Bu gün Topaz Premyer Liqasında birinci turun daha iki oyunu keçiriləcək.

 

Sportal.az xəbər verir ki, "Qəbələ" doğma meydanda "Səbail"i qəbul edəcək.

 

Turun digər görüşündə Topaz Premyer Liqanın debütantı "Sabah" "Keşlə"nin qonağı olacaq.

 

Qeyd edək ki, avqustun 10-u  nəzərdə tutulan "Qarabağ" - "Zirə" matçı Ağdam təmsilçisinin Çempionlar Liqasında çıxışına görə 26 sentyabr tarixinə təxirə salınıb. 

 

19:00 “Qəbələ” – “Səbail” - 3:0

Qol: Asif Məmmədov, 21, Ürfan Abbasov, 63, Ceyms Adeniyi, 81
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Əhmədağa Cabbarov 
Qəbələ şəhər stadionu

 

21:00 “Keşlə” – “Sabah” - 0:1

Qol: Marko Deviç, 45+2 (pen.)
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, İsgəndər Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Fazil Mürşüdov
“ASK Arena”

Xəbər xətti