Kollina: "UEFA yanlış qərar verdi"

16:41 - 15 Avqust 2018

UEFA Hakimlər Komitəsinin sabiq sədri Pyerluici Kollina vəzifəsindən getməsinin səbəbini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, keçmiş hakim öz istəyilə vəzifəsindən getidiyini deyib: "Dəyişiklik lazım idi. Mənə kimsə istefa verməyə məcbur etməyib. Hətta qərarımdan sonra UEFA vəzifəmdə qalmağı rica etdi, amma mən istəmədim".

 

VAR-la bağlı danışan italiyalı sabiq referi bu texnologiyanın böyük faydasının olduğunu deyib: "Futbolun VAR-dan sonra maraqsız olduğu fikirləri ilə razı deyiləm. Vəziyyəti heç kim anlamır. Artıq texnologiya dövrüdür. Hər yerdə inkişaf var. Futbolda da müəyyən yeniliklər lazım idi. VAR-la birlikdə səhvləri xeyli azaltmışıq. Qol texnologiyası da əvvələr çox sınaqdan keçirilmişdi".

 

Kollina gələcəkdə VAR-ın 3D formatında olacağını deyib: "VAR hələ istənilən səviyyədə deyil. Hazırda TV yayımı üçün 2D var. VAR gələcəkdə 3D formatında olacaq".

 

Tarixin ən yaxşı hakimlərindən hesab olunan 58 yaşlı referi Çempionlar Liqasında VAR-ın olmamasını böyük səhv hesab edir: "UEFA Çempionlar Liqasında VAR-dan istifadə etməməklə kobud səhvə yol verdi. Bu, yanlış qərardır".

Xəbər xətti