Samuel Eto təqdim edildi

"Konyaspor"dan ayrılan Samuel Eto karyerasını Qətərdə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı forvard "Qətər Sports"a keçib. Təcrübəli hücumçunun təqdimolunma mərasimi baş tutub. Eto mərasimdə bu sözləri deyib:

 

"22 illik yüksək səviyyəli karyeramın ardından Qətərə gəlməyə qərar verdim. Dünyanın hər nöqtəsində futbol oynamışam. Qətərə doğru zamanda gəlmişəm. Ümid edirəm ki, bu ölkənin futbol tarixindən az da olsa, mənim də payım olar".

 

Kamerun millisinin sabiq üzvü yeni komandasında kapitan olacaq.

Tarix: 16 Avqust [10:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2018
17  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio