"Fənərbaxça"nın futbolçusu İtaliya klubunda

16:51 - 16 Avqust 2018

"Fənərbaxça"nın yarımmüdafiəçisi Salih Uçan karyerasını İtaliyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, Türkiyə millisinin üzvü Seriya A təmsilçisi "Empoli"yə icarəyə verilib. Müqavilədə satın alma şərti də qeyd edilib.

 

Salih Uçan "Fənərbaxça"ya 2012-ci ildə "Bucaspor"dan keçib. Salih icarə əsasında İtaliyanın "Roma" və İsveçrənin "Sion" klublarında çıxış edib.

Xəbər xətti