Millimizin üzvü yenə ehtiyatda qaldı

16:18 - 18 Avqust 2018

Türkiyə 1-ci liqasında 2-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Ufuk Budakın yeni klubu “Boluspor” səfərdə “Elazığspor”la qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb – 2:1.

 

Ufuk qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

“Boluspor” iki turdan sonra 6 xalla 18 iştirakçı arasında liderdi.

Xəbər xətti