Millimizin üzvü oynadı, komandası ilk məğlubiyyətini aldı

11:14 - 19 Avqust 2018

Ukrayna Premyer Liqasında 5-c turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” səfərdə Kiyev “Dinamo”su ilə qarşılaşıb və bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1.

 

Paşayev start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

İlk məğlubiyyətini alan “Aleksandriya” 12 xalla "Dinamo" ilə 1-2-ci pillələri bölüşür.

Xəbər xətti