Azərbaycanlı futbolçularla maraqlanan klub baş məşqçisiylə yolları ayırdı

16:35 - 21 Avqust 2018

Avstriyanın “Mattersburq” klubu baş məşqçisi Gerald Baumqartnerlə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, mütəxəssisin qovulmasına komandanın Bundesliqanın son turunda evdə "Volfsberqer" klubuna 0:6 hesabı ilə biabırçı şəkildə uduzması olub. Yenilgini həzm etməyən rəhbərlik 54 yaşlı avstriyalı çalışdırıcıya qapını göstərib. Komandanı müvəqqəti olaraq, aşağı yaş qruplarında çalışan Markus Şmidtə həvalə edilib.

 

Qeyd edək ki, “Mattersburq” Azərbaycan millisinin futbolçuları - Ramil Şeydayev və Araz Abdullayevlə maraqlanırdı. Şeydayev Rusiyanın “Krılya Sovetov” klubuna keçibsə, Arazın taleyi qeyri-müəyyəndir.

Xəbər xətti