"Milan"da yeni kapitan

19:34 - 24 Avqust 2018

"Milan"da yeni kapitan məlum olub.

 

Sportal.az xəbər verir ki, kapitanlıq bazubəndini "qırmızı-qaralar"ın 23 yaşlı müdafiəçisi Alessio Romanyoli daşıyacaq.

 

Ötən mövsüm komandanın kapitanı bu yay "Yuventus"a keçən Leonardo Bonuççi idi.

 

Qeyd edək ki, İtaliya millisinin üzvü 2015-ci ildən "Milan"da çıxış edir.

Xəbər xətti