"Səbail"in futbolçusu Moldova millisinə dəvət aldı

19:30 - 25 Avqust 2018

“Səbail”in futbolçusu Yevgeni Koçuk Moldova millisinə dəvət alıb.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Aleksandr Spiridonun açıqladığı heyətdə “Səbail”in 25 yaşlı yarımmüdafiəçisinin də adı var.

 

Qeyd edək ki, Moldova yığmasını qarşıda UEFA Millətlər Liqası çərçivəsində Lüksemburq (8 sentyabr) və Belarusla (11 sentyabr) oyunlar gözləyir.

Xəbər xətti