Vüqar Latviyada bir oyuna dörd qol vurdu

16:51 - 26 Avqust 2018

Latviya birinci liqasında 15-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” doğma meydanda “Balvu” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 13:0.

 

Vüqar start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

Həm komandasının, həm də bütövlükdə çempionatın bombardiri olan Əsgərov, bu oyunda da fərqlənməyi bacarıb. Komandasının 13 qolundan 4-nü məhz Vüqar vurub. O, matçın 15, 25, 38 (pen.) və 46-cı dəqiqələrində rəqib qapısına yol tapıb. Nəticədə, millimizin sabiq forvardı cari mövsümdə vurduğu qolların sayını 22-yə çatdırıb.

 

“Dauqavpils” 15 turdan sonra 34 xalla 12 kollektiv arasında ikinci pillədə qərarlaşıb.

Xəbər xətti