"Qarabağ"dan rəsmi transfer

20:57 - 31 Avqust 2018

"Qarabağ” transfer pəncərəsinin son günündə növbəti keçidini reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Ağdam klubu milli komandamızın üzvü Araz Abdullayevi heyətinə qatıb. Müqaviləylə Yunanıstanın “Panionios” klubuna məxsus olan Abdullayev növbəti 2 mövsümü icarə əsasında "Qarabağ"da keçirəcək.

 

26 yaşlı vinqer son mövsümü Kiprin “Anortosis” klubunda keçirib və meydana çıxdığı 30 oyunda 3 qolla yadda qalıb.

Xəbər xətti