Nazarovun fantastik qolu komandasını məğlubiyyətdən xilas etmədi VİDEO

11:11 - 1 Sentyabr 2018

Almaniya 2-ci Bundesliqasında 4-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Aue” səfərdə “İnqolştadt”la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3.

 

Millimizin üzvü oyuna 79-cu dəqiqədə komandası 1:3 hesablı geridə olarkən daxil olub. Nazarov 90-cı dəqiqədə möhtəşəm qol imza atsa da, komandası məğlubiyyətdən qaça bilməyib - 2:3.

 

“Aue” 4 turdan sonra 1 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.

 

Xəbər xətti