"Keşlə"də gözlənilməz ayrılıq

14:17 - 4 Sentyabr 2018

"Keşlə"də gözlənilməz ayrılıq baş verib.

 

Sportal.az xəbər verir ki, paytaxt klubundan rumıniyalı müdafiəçi Adrian Skaralatake ayrılıb. Onun müqaviləsi qarşılıqlı razılaşma əsasında pozulub.

 

Qeyd edək ki, 31 yaşlı futbolçu 2016-cı ildən "Keşlə"də çıxış edirdi. Skarlatake daha öncə "Xəzər Lənkəran"da da oynayıb.

Xəbər xətti