"Vorskla" "Qarabağ"la "Arsenal"da fərq qoymadı

18:52 - 4 Sentyabr 2018

“Vorskla” Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi ev oyunlarının biletlərini satışa çıxarıb.

 

Sportal.az xəbər verir ki, “Qarabağ”, İngiltərənin “Arsenal” və Portuqaliyanın “Sportinq” klubları ilə E qrupunda qərarlaşan Ukrayna təmsilçisi bütün oyunlara eyni qiymətlər qoyub. Poltavalılar hər üç oyun üçün biletlərin qiymətini 300-350 qrivna (18-21 AZN) qoyub.

 

“Vorskla” rəqiblərini Poltavadakı Aleksey Butovski adına “Vorskla Arena”da qəbul edəcək.

Xəbər xətti