Millimizin heyətindən 3 dəfə dəyərli olan Kosovo MÜQAYİSƏ

15:06 - 5 Sentyabr 2018

Millətlər Liqasının qrup mərhələsinin ilk turunda milli komandamız sentyabrın 7-də Kosovonu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, oyundan öncə Kosovonun ehtimal 11-liyi açıqlanıb. 

 

Qapıçı: Samir Uyykani ("Rizəspor", Türkiyə - 700 min avro).

 

Müdafiəçilər: Benjamin Kololli ("Sürix", Türkiyə - 2 milyon avro), Kastriot Dermaku ("Kosentsa", İtaliya - 300 min avro), Amir Rahmani ("Dinamo Zaqreb", Xorvatiya - 1,25 milyon avro), Merqim Voyvoda ("Muskron", Belçika - 850 min avro.

 

Yarımmüdafiəçilər: Hekuran Kryeziu ("Sürix", İsveçrə - 1,75 milyon avro), Herolind Şalya ("Start", Norveç - 250 min avro), Bersant Çelia ("Suonsi Siti", İngiltərə - 2,5 milyon avro), Arber Zeneli ("Herenven", Hollandiya - 5,5 milyon avro), Milot Raşitsa ("Verder", Almaniya - 7 milyon avro).

 

Hücumçu: Atde Nuhiu ("Şeffield Uensdey", İngiltərə - 500 min avro).

 

Milli komandamızla Kosovunun bəzi müqayisələrini təqdim edirik:

 

* Kosovo millisində ortalama yaş 23,83-dür. Yığmamızda isə bu 26,12-dir. Kosovolular bizimlə müqayisədə daha gənc heyətə malikdirlər.

 

* Hər iki millinin dəyəri də hesablanılıb. Yığmamızda futbolçuların ümumi dəyəri 11,48 milyon avrodursa, Kosovoda bu göstərici 43,43 milyon avrodur. Kosovonun heyəti millimizdən təxminən 3,7 dəfə dəyərlidir. Millimizin dəyəri rəqibin iki ulduzu - Arber Zeneli və Milot Raşitsadan azdır.

 

* Azərbaycan millisi Kosovonu yalnız kağız üzərində qabaqlayır. Belə ki, millimiz FIFA-nın reytinq cədvəlində 105-ci, Kosovo isə 141-cidir.

 

* Kosovonun 24 nəfərlik heyətində yalnız bir futbolçu yerli çempionatda çıxış edir. Digər 23 futbolçu karyeralarını Avropa klublarında davam etdirir. Azərbaycan millisində isə hər şey əksinədir. 25 nəfərlik heyətin 4 üzvü legioner həyatı yaşayır. Digər 21 futbolçumuz isə gününü Topaz Premyer Liqasında keçirir.

Xəbər xətti