“İndi asanlıqla udacağın komanda yoxdur”

“Qrupumuzda hansı komandaların yer aldığını bilirik. Hər biri ölkəsinin çempionudur. Bu gün futzalda zəif klub anlayışı yoxdur. Buna görə də, oyunların hamısının çətin keçəcəyi danılmazdır və buna hazır olmalıyıq. Oyunlar Slovakiyada keçiriləcək və bu, meydan sahibi “Luçenec” komandası üçün əlavə üstünlük olacaq. Digər iki rəqibimiz mübarizəyə ilkin mərhələdən başlasa da, iddialıdırlar. Litva çempionu “Vytis” heyətini braziliyalı futzalçılarla gücləndirib. “Valletta” də sıradan rəqib deyil. Çünki həm “Vytis”, həm də “Valletta” ilkin mərhələni məğlubiyyətsiz başa vurub və mübarizəni davam etdirmək hüququ qazanıb”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Araz”ın baş məşqçisi Joze Alesio da Silva UEFA Çempionlar Liqasında yer aldıqları qrupu şərh edərkən deyib. 

 

Şanslar barədə danışan baş məşqçi qrupda aşkar favoritin olmadığını vurğulayıb: “Düzdü, reytinqinə görə “Araz” qrupun top komandası sayılır. Ancaq şanslar komandalar üçün bərabərdi. Əlbəttə, şansımız var və bu, 50-nin 50-yədir”.
 
Alesio heyətdəki dəyişikliklərə də toxunub: “Məşqlərimizi hər gün davam etdiririk. Xüsusilə də birinci oyuna diqqət yetirəcəyik. “Vytis”in heyətində 7 braziliyalı çıxış edir. Bizin heyətdə də dəyişikliklər olub. Yerli futzalçılarla güclənməyə çalışdıq. Əlbəttə, rəqibin braziliyalılarını zərərsizləşdirmək üçün məşqlərdə bir neçə taktiki çalışmalar yerinə yetiririk. Həm də ilk oyunlar digərləri ilə müqayisədə ağır olur. Təbii ki, hər 3 oyun vacibdi. Birinci matçdan sonra diqqətimizi ikinci duelə yönəldəcəyik. Rəqiblərimizin hamısını yaxından tanıyıram”.

Tarix: 6 Sentyabr [16:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Noyabr 2018
14  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio