Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

13:45 - 9 Sentyabr 2018

Türkiyə millisinin və "Fənərbaxça"nın sabiq hücumçusu Semiş Şəntürk futbolçu karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib. Son olaraq, "Əskişəhərspor"da çıxış edən 35 yaşlı hücumçu butslarını mıxdan asmağa qərar verib.

 

Qeyd edək ki, Semih peşəkar karyerasına "Fənərbaxça"da başlayıb. O, 1999-2013-cü illəri İstanbul klubunda keçirib. "Özçamdibispor"un yetirməsi olan Şəntürk "İzmirspor", "Antalyaspor" və "Başakşəhər" kimi klublarda da çıxış edib.

Xəbər xətti