Sabiq "Qəbələ"li Rumıniya klubunda

15:23 - 11 Sentyabr 2018

“Qəbələ”nin sabiq hücumçusu Daniel Subotiçin yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu karyerasını Rumıniyada davam etdirəcək. İsveçrəli forvard Buxarestin  “Dinamo” klubu ilə müqavilə imzalayıb.

 

Qeyd edək ki,  Subotiçin son klubu Qazaxıstanın “Şaxtyor” (Karaqanda) komandası olub. O, 2013-2014 və 2017-ci illərdə “Qəbələ”də oynayıb.

Xəbər xətti