"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq" Portuqaliya Liqa kubokunda ilk oyununa çıxıb.
Sportal.az xəbər verir ki, D qrupunda mübarizə aparan Lissabon təmsilçisi "Maritimu"nu qəbul edib və 3:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində Rafinya və Bruno Fernandes (2) fərqləniblər.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında sentyabrın 20-də səfərdə "Sportinq"lə qarşılaşacaq.
saytlarin hazirlanmasi