"Los-Anceles Qalaksi"nin ulduzu Zlatan İbrahimoviç "Toronto" ilə matçda karyerasının 500-cü qolunu vurmasından sonra oyunun gedişində rəqibin yarımmüdafiəçisi Mayk Bredli ilə yaşadığı mübahisəni anladıb.
Sportal.az xəbər verir ki, 36 yaşlı forvard ABŞ millisinin üzvünün ona itaət etməli olduğunu deyib: "Bredli özünü futbolun filosofu zənn edir. Vurduğum qollar oynadığı oyun sayından çoxdur. O, mənə itaət etməlidir!"
31 yaşlı Maykl Bredli isə Zlatanın sözlərinə əhməiyyət verməyib və oyunda 5-3 hesabı ilə qalib gəldikləri üçün sevincli olduğunu vurğulayıb.
Qeyd edək ki, İbrahimoviç karyerasının 500-cü qolunu vurubsa, Bredli də peşəkar karyerasında 566-cı oyuna çıxıb.
saytlarin hazirlanmasi