Çexiya Gənclər Liqasında 8-ci turun görüşləri keçirilib.
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Slaviya”nın 21 yaşadək futbolçulardan ibarət komandası evdə “Çeske” ilə qarşılaşıb. Məhsuldar alınan görüşdə qalib tərəf müəyyənləşməyob - 4:4.
Start heyətdə oyuna daxil olan və 86-cı dəqiqədə əvəzlənən Fərid “Slaviya”nın ilk və üçüncü qollarının müəllifi olub.
Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 19 yaşlı futbolçu cari mövsümdə 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi