Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” səfərdə “Ural”la qarşılaşıb. Qarşılaşma 1-1 hesablı heç-heçə ilə yekunlaşıb.
90 dəqiqə meydanda olan Quliyev məhsuldar ötürmə müəllifi olub. Ayaz 49-cu dəqiqədə fərqlənən Aleksey İonovo qol ötürməsi edib. 61-ci dəqiqədə isə Ayaz sarı vərəqə ilə cəzalanıb.
“Rostov” geridə qalan 7 turdan sonra 14 xalla 2-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi